Zabuxdakı  ermənilərdən yeni hoqqa: `Kənd alternativ dəhlizə salınsın!..`
Azərbaycan Respublikası Laçın rayonunun 1992-ci ildə işğal edilmiş Zabux kəndində qanunsuz məskunlaşmış haylar “məcburi köçürmə ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmək” xahişi ilə Fransa və ABŞ prezidentlərinə müraciət ediblər. Onlar kəndin cəmi1200 metr məsafədən keçən alternativ nəqliyyat dəhlizinin zonasına daxil edilməsini tələb ediblər. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Hayknews” nəşri məlumat yayıb.

Zabuxdakı  ermənilərdən yeni hoqqa: `Kənd alternativ dəhlizə salınsın!..`

Məlumata görə, “milli demokratik qütbün erməni şurası” adlanan təşkilat sosial şəbəkələrdəki səhifəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Co Baydenə müraciət edən Zabux kəndinin 56 qanunsuz sakininin "Axavno kəndini yeni dəhliz zonasına daxil etmək üçün aktiv və dərhal müdaxilə və vasitəçilik [...]" tələbi ilə məktubunu dərc edib. Məktub müəlliflərinin fikrincə, əks halda onları evlərindən qovulmaqla hədələyirlər və bu, humanitar fəlakətə səbəb olacaq. Məktub müəllifləri qeyd ediblər ki, yeni dəhliz onların kəndinin cəmi 1200 metrliyindən keçir.

Zabuxdakı haylar Ermənistanın və Xankəndindəki separatçı-terrorçu rejimin rəhbər orqanlarından “Axavno kəndinin yeni dəhlizə” – Kiçik Qaladərəsi- Kornidzor-Gorus yolu zonasına daxil edilməsi üçün “dərhal bütün tədbirləri görməyi” tələb ediblər.

Separatçı rejimin qondarma “turizm və mədəniyyətin inkişafı agentliyi”nin rəhbəri Sergey Şahverdyan sosial şəbəkələrdə Laçın yoluna alternativ yolun haradan keçdiyini və Zabux kənidinin həmin yola nə qədər yaxın yerləşdiyini göstərən xəritə dərc edib.

Zəruri şərh:


Bu haqsız və qanunsuz tələbi yerindəcə susdurmaq gərəkdir. Əsas 3 qanuni və məntiqi aspekti vurğulamaq lazımdır.

Birincisi, Laçın rayonunun Zabux kəndi Azərbaycan Respublikasının beynəlxalq təşkilat və dövlətlər tərəfindən, o cümlədən hələ 1991-ci ildə Ermənistanın özü tərəfindən tanınmış suveren ərazisinin ayrılmaz parçasıdır.

İkincisi, 1992-ci ildə Ermənistanın işğalı nəticəsində həmin kənddən məcburi köçkün düşmüş yüzlərlə Azərbaycan vətəndaşı 30 ildir ki, öz yurdlarına qayıdacağı günü gözləyir. Və əsl humanitar fəlakət onların dogma yurd-yuvalarından qaçqın düşməsi baş verib.

Üçüncüsü, Zabux kəndində tarixən heç bir erməni yaşamayıb. Və oradakı haylar kənd işğal edildikdən sonra əsasən xarici ölkələrdən – Suriya və Livandan gətirilərək tamamilə qanunsuz şəkildə yerləşdirilib… Bu səbəbdən Zabux kəndi yeni dəhlizə salınsa belə, oradakı ermənilər köçürülməli və kəndin 30 ildən çoxdur qaçqın həyatı sürən əzəli sakinləri – Azərbaycan vətəndaşları öz dogma yurdlarına qaytarılaraq tapdanmış yaşam haqları bərpa olunmalıdır…

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti